Vüqar Rəhimzadə Hüseynbala Mirələmovu əvəz etdi - YENİLƏNİB


Bu ilin aprelində qeyri-etik hərəkətlərinin əks olduğu videosu yayıldıqdan sonra YAP-ın Xətai rayon təşkilatının sədri vəzifəsindən azad edilən Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmovun yerinə təyinat olub. 
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar verilib. 
Qərara əsasən, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə partiyanın Xətai rayon təşkilatının sədri vəzifəsinə təyin edilib.

***11:21
Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri vəzifəsinə Vüqar Rəhimzadənin namizədliyi irəli sürüləcək.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, V. Rəhimzadənin YAP Xətai rayon təşkilatının sədri təyinatı məsələsinə partiyanın İdarə Heyətinin bu gün keçiriləcək iclasında baxılacaq.
Qeyd edək ki, bundan əvvəl YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov idi. H. Mirələmovun sosial şəbəkələrdə qeyri-əxlaqi videoları yayılandan sonra partiya sıralarından xaric edilib.

DİGƏR XƏBƏRLƏR

Top