Putin və Lukaşenko ortaq müdafiə məkanı qurmaq barədə müzakirələr aparıb


Rusiya Prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko ilə ortaq müdafiə məkanı qurmaq üçün danışıqlar aparıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, dünən Rusiyada Putin və Lukaşenkonun görüşü baş tutub. Gecə saatlarında mətbuat konfransı keçirən prezidentlər iki ölkə arasında ortaq müdafiə məkanının qurulması barədə müzakirələr apardıqlarını, qarşılıqlı münasibətlərin daha da yaxşılaşdırılması üçün işlərin görüləcəyini bildiriblər.
Prezidentlər həmçinin qeyd edib ki, Rusiya və Belarus sentyabrın 10-dan 16-na qədər keçiriləcək “Zapad-2021” hərbi təlimlərində birgə, fəal iştirak edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top