Pakistandan Pəncşirlə bağlı açıqlama


Pakistan Pəncşir əyalətinə hücumda “Taliban”a yardım edildiyi ilə bağlı məlumatları təkzib edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pakistan Radiosu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Asim İftixara istinadən məlumat yayıb. Onun sözlərinə görə, ayrı-ayrı media orqanları tərəfindən yayılan bu cür bəyanatlar Pakistana qarşı olan təbliğat kampaniyasıdır və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləridir. 
Qeyd edək ki, Pəncşirdəki müqavimət qüvvələri “Taliban” vilayətə girərkən Pakistanın onlara hərbi dəstək olduqlarını, hətta, bir qırıcı təyyarələrini vurduqlarını iddia etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top