Təhsil Nazirliyinin şöbə müdiri: "Həbib Əlizadə bizim bugünkü sərvətimizdir" - VİDEO


“Həbib Əlizadə bizim bugünkü sərvətimizdir”.

Yeniavaz.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu fərq yaradan, təşəbbüskar müəllimlər haqqında danışarkən deyib. 
Kənd məktəbinin müəllimi H.Əlizadə haqqında deyilən xoş sözlərə görə paylaşım edib. O, təşəbbüskar müəllimlərə deyilə biləcək bundan daha dəyərli bir ifadə təsəvvür etmədiyini deyib: “Təşəbbüskar müəllimlərə bu cür dəyər verən təhsil idarəçilərini görmək çox xoşdu və bu stimul olur. Həmişə çalışmışam və həmişə də çalışacağam ki, region, ölkə və qlobal miqyasda Azərbaycan təhsilinə töhfə verməyi bacarım”.
Qeyd edək ki, H. Əlizadə hazırda Astara rayonu Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbində tarix müəllimidir.

DİGƏR XƏBƏRLƏR

Top