"Taliban" Pəncşirdə böyük silah anbarını ələ keçirib – VİDEO


Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban" silahlılarının Pəncşir vilayətində silah anbarını ələ keçirdiklərinə aid görüntülər ortaya çıxıb. 
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə yayılan həmin görüntülərdə “Taliban” silahlılarının böyük bir silah anbarına daxil olduğu görülür. Verilən məlumatlara görə, bəhs edilən silah anbarı Pəncşir vilayətində yerləşir.
Xatırladaq ki, Pəncşirdə müqavimət qüvvələri ilə “Taliban” arasında bir neçə gün qarşıdurma davam etdi. Nəticədə “Taliban” bütün vilayətə nəzarəti ala aldığını açıqladı.

DİGƏR XƏBƏRLƏR

Top