"Taliban"ı tanıyan ölkə var?


"Əfqanıstanda "Taliban" tərəfindən qurulan hökuməti hələlik heç bir ölkə tanımayıb".
Yeniavaz.com "TASS"a istinadla xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəsi Vasili Nebenzya deyib. O bildirib ki, beynəlxalq standartlara görə, "Taliban" qanuni bir Əfqanıstan hökuməti deyil: "Hələlik ölkəni necə idarə etdikləri, terror təşkilatları və narkotik alveri ilə mübarizələri, insan hüquqlarına necə riayət etdikləri izlənilir".
Xatırladaq ki, 15 avqustda "Taliban" Əfqanıstanın paytxatı Kabili silahsız ələ keçirərək hakimiyyəti ələ almışdı.

DİGƏR XƏBƏRLƏR

Top