Kolumbiyada polisə hücum oldu - Prezident xəbərdarlıq etmişdi


Kolumbiyanın şimal-şərqindəki Cukuta şəhərində polis patruluna edilən hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kolumbiya polisinin rəhbəri Xorxe Luis Varqas öz tvitter hesabında məlumat verib.
"Müşahidə aparan patrul xidmətinə edilən hücum nəticəsində partlayış baş verib. Hadisədə bir qadın ölüb, iki yol polisi əməkdaşı da daxil olmaqla dörd nəfər yaralanıb", - deyə Xorxe Luis Varqas bildirib.
Xatırladaq ki, dünən Kolumbiya prezidenti İvan Dyuk ölkədə polis əməkdaşlarına hücum olacağı ilə bağlı xəbərdarlıq etmişdi. Təxribatların 8 sentyabr 2020-ci ildə polis tərəfindən həbs edilərkən öldürülən Harier Ordonez adlı şəxs səbəbilə olacağı bildirilmişdi.
Qeyd edək ki, Ordonezin ölümü ilə başlayan etirazlar 13 nəfərin ölümünə, 400-dən çox insanın isə yaralanmasına səbəb olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top