Bakı meri Kiyevdədir - FOTO


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun başçılıq etdiyi rəsmi nümayəndə heyəti Kiyev şəhərinin meri Vitali Kliçkonun dəvəti ilə Ukraynaya səfərə gedib. 

Yeniavaz.com xəbər verir ki, səfərin ilk günü E. Əzizov və nümayəndə heyəti üzvləri Kiyevdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, ulu öndərin əziz  xatirəsini ehtiramla yad ediblər. 

Səfər çərçivəsində  nümayəndə heyətinin Kiyevdə bir sıra görüşləri nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top