Naqif Həmzəyev YAP-ın Gəncə şəhər təşkilatının sədrliyindən getdi


"Hakim Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayında qəbul olunmuş yeni Nizamnaməyə görə, şəhər və rayon təşkilatlarının sədrləri ikinici vəzifə tuta bilməzlər. Bura həmçinin parlamentdə təmsilçilik də daxildir".

Bunu deputat Naqif Həmzəyev özünün feysbuk hesabında yazıb.

O bildirib ki, YAP-ın Nəzarət komissiyasının üzvü seçilməyi səbəbindən YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə namizədliyi irəli sürülməyəcək.

"Yolumuza Milli Məclisinin deputatı və Yeni Azərbaycan Partiyası Nəzarət komissiyasının üzvü olaraq davam edəcəyik", - deyə Həmzəyev qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top