Merkel: “Hamımız feminist olmalıyıq”


“Hamımız feminist olmalıyıq”.

Yeniavaz.com “Berliner Zeitung” nəşrinə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.
Merkel ilk dəfə özünü feminist adlandırıb və artıq bundan çəkinmədiyini söyləyib: “2017-ci ildə qadınlar sammitində məndən feminist olub-olmadığımı soruşdular. Səhnədəki digər qadınlar – Donald Trampın qızı İvanka Tramp, Niderland kraliçası özlərini feminist kimi təqdim etdilər. 2017-ci ildə səhnədə utanıb cavab verməmişdim. Bu gün isə mən də qəti olaraq deyirəm: mən feministəm”.

DİGƏR XƏBƏRLƏR

Top