Azərbaycanda vurulan “Pfizer” peyvəndi xaricdə tanınmır? - AÇIQLAMA

Azərbaycan vətəndaşı ölkəmizdə koronavirus əleyhinə vurdurduğu “Pfizer” vaksinin xaricidə tanınmadığını iddia edib. 

Yeniavaz.com xəbər verir ki, sosial şəbəkədə paylaşım edən şəxsin sözlərinə görə, onun vaksin pasportunu xaricdə qəbul etməyiblər, səbəb kimi isə vurulan “Pfizer” vaksininin seriya nömrələrinin eyni olması göstərilib.

Məsələ barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, Azərbaycan Respublikasına COVID-19 xəstəliyi əleyhinə vaksinlər mərhələli şəkildə gətirilir:

“COVID-19 vaksin sertifikatı”nda qeyd olunan seriya nömrələri ölkəyə gətirilən vaksin partiyalarının nömrələrini bildirir. Vətəndaşa eyni partiyadan olan vaksin vurulduqda “COVID-19 vaksin sertifikatı”nda da birinci və ikinci dozaların seriya nömrələri eyni olur”. 

DİGƏR XƏBƏRLƏR

Top