Şimali Makedoniyada COVID-19 xəstəxanasında yanğın baş verib - Ölənlər var


Şimali Makedoniyada COVID-19 xəstəxanasında baş verən yanğın nəticəsində ən az 10 nəfər həyatını itirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, dəhşətli yanğın Şimali Makedoniyanın Tetovo şəhərindəki COVID-19 xəstələri üçün nəzərdə tutulmuş müvəqqəti xəstəxanada baş verib. Yaralı tibb işçiləri və xəstələr paytaxt Skopyedəki xəstəxanaya yerləşdirilib. Səlahiyyətli şəxslər Tetovo şəhərindəki xəstəxanada baş verən yanğın nəticəsində ən az 10 nəfərin öldüyünü və çox sayda insanın yaralandığını bildirib.
Qeyd edək ki, Şimali Makedoniyanın Baş naziri Zoran Zaev verdiyi açıqlamada yanğından əvvəl bir partlayış olduğunu, ancaq səbəbin hələ də araşdırıldığını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top