İsrail fələstinli ailələrə məhbus ziyarətlərini ləğv etdi


“Gilboa” həbsxanasından 6 fələstinlinin qaçmasından sonra İsrail fələstinli ailələrin məhbus ziyarətlərini ləğv edib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Komitəsi yazılı açıqlama verib. Bildirilib ki, bu qərar İsrail hökuməti “Gilboa” həbsxanasından 6 fələstinlinin qaçmasından sonra verilib. Həmçinin, fələstinli ailələrinin məhbus ziyarətlərinin sentyabr ayının sonuna qədər təxirə salındığı bildirilib. Qeyd edək ki, Fələstin Məhbuslar Komitəsi beynəlxalq ictimaiyyəti fələstinli məhbusları qorumağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top