
ABŞ-ın Müdafiə Nazirliyi Pentaqon Əl-Qaidə terror qruplaşmasının Əfqanıstana qayıtmasının qarşısını almağa hazır olduqlarını açıqlayıb.
Yeniavaz.com “Al Arabiya” telekanalına istinadla xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Loyd Austin Ərəbistan Yarımadası ölkələrinə dörd günlük səfərini başa vurduqdan sonra Küveytdə danışıb. Nazir, 20 il əvvəl Əfqanıstanı ABŞ-a hücum üçün baza olaraq istifadə edən Əl-Qaidənin ordu çıxandan sonra yenidən Əfqanıstana gələ biləcəyini deyib. Bu səbəblə Loyd istənilən vaxt həmin terror qruplaşmasının Əfqanıstana geri qayıtmasının qarşısını almaq üçün Pentaqonun hazır olduğunu vurğulayıb.