
Xəbər verdiyimiz kimi “Taliban” qüvvələri artıq Pəncşirin böyük bir hissəsinə nəzarəti ələ alıblar.
Yeniavaz.com xəbər verir ki, Pəncşirdəki müqavimət qüvvələrinə Əfqanıstanda məşhur komandir Əhməd Şah Məsudun oğlu Əhməd Məsud başçılıq edir. Pəncşir uğrunda “Taliban”la bir neçə gün qarşıdurma apara bilsələr də müqavimət qüvvələri artıq dağlara çəkildiklərini elan etdilər. Döyüşçülərin lideri Əhməd Məsud isə son mesajında sağ olduğunu mübarizəyə davam edəcəklərini bildirmişdi.
Məlumat üçün deyək ki, bu gün Əhməd Məsudun atası Əhməd Şah Məsudun öldürüldüyü gündür. O, 1953-cü ildə Pəncşirdə dünyaya gəlib.1979-1989 -cu illərdə sovet işğalına qarşı müqavimət aparıb. 2001-ci ilə qədər Əfqanıstanda xarici qüvvələrə qarşı mübarizə aparıb. 2001-ci il 11 sentyabr hadisələrindən 2 gün qabaq, 9 sentyabrda evinə jurnalist kimi müsahibəyə gələn 2 nəfərin kamikadze hücumu nəticəsində vəfat edib.