Yevlaxda baş verən qəzada bir nəfər ölüb


Yevlax rayonu ərazisində yoldan çıxan minik maşını aşıb.

Yeniavaz.com xəbər verir ki, hadisə gecə saatlarında Mingəçevir-Bəhramtəpə yolunun Yevlaxın Salahlı kəndindən keçən hissəsində qeydə alınıb. İdarəetmədən çıxan minik maşını yol kənarında olan manelərə çırpılaraq yoldan bir neçə metr kənara aşıb. Ağır qəza zamanı avtomobildə olan 3 nəfər Mingəeçvir şəhər xəstəxanasına çatdırılıblar. Yaralılar tibbi yardım göstərilib. Həkimlərin səyinə baxamayaraq avtomobildə olanlardan biri Elçin Əhmədov xəstəxanada dünyasını dəyişib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top