Rusiya fövqəladə hallar nazirinin öldüyü yerin GÖRÜNTÜLƏRİ


Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin öldüyü yerin görüntüləri yayılıb.
Yeniavaz.com
“Ria Novosti”yə istinadla xəbər verir ki, Ziniçev Rusiyanın Norilsk şəhərində yerləşən Potaronski qoruğunun qərb hissəsindəki Kitabo-Oron şəlaləsindən yıxılaraq dünyasını dəyişib.
Xatırladaq ki, dünən Yevgeni Ziniçev məşhur kinorejissor Aleksandr Melniki xilas edərkən ölüb. Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Belə ki, 55 yaşlı nazir təlim zamanı ayağı sürüşüb suya yıxılan rejissoru xilas etmək üçün suya tullanıb, lakin qaya parçasına dəyərək ölüb. Hadisə nəticəsində kinorejissor Aleksandr Melnikinin də dünyasını dəyişdiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top