Meyxanaçı Ağakərimin dünyasını dəyişməsi ilə bağlı iddialara həmkarından REAKSİYA


Sosial şəbəkələrdə tanınmış meyxana ustadı Ağakərimin (Kərim Novruzov) vəfat etməsi ilə bağlı iddialar yayılıb.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, meyxanaçı Mehman Əhmədli həmkarı haqqında yayılan ölüm xəbərinin yalan olduğunu bildirib:
“Belə məlumatı reytinq xətrinə kim yayırsa, çox yanlış hərəkət edir. Meyxanaçı Ağakərim sağdır, evindədir. Xəstəliyindən dolayı insanları tanımaqda bir qədər çətinlik çəkir, lakin səhhətində ağırlaşma yoxdur. Adamın ailəsi, yaxınları var. Bu cür yalan, qeyri-dəqiq məlumat yaymaq olmaz”.
Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top