Azad olunmuş ərazilərin bərpasına nə qədər vəsait xərclənib?


Cari ilin ilk altı ayında ərzində dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə 372,1 milyon manatının maliyyələşdirilməsi təmin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.
Bildirilib ki, bu vəsaitdən avtomobil yollarının layihələndirilməsinə, tikintisinə, yenidən qurulmasına, həmçinin dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə, digər kommunikasiya xətlərinin yenidən qurulması və layihələndirilməsinə yönəldilib.
Eyni zamanda, Zəngilan rayonunun İkinci Ağalı kənd ərazisində “Ağıllı Kənd”in layihələndirilməsi və tikintisinə üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə 10,8 milyon manat vəsait ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top