Özbəkistan Prezidenti Allahşükür Paşazadəyə medal verib - FOTO


Sentyabrın 8-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanovu qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, QMİ-dən bildirildiyinə əsasən, səfir Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sərəncamı ilə Şeyxülislam Allahşükür Paşazadənin iki ölkə arasında münasibətlərin inkişafındakı xidmətlərinə görə “Özbəkistan Respublikasının Müstəqilliyinin 30 illiyi” medalı ilə təltif olunduğunu deyib. Bundan sonra səfir medalı və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladığı vəsiqəni QMİ sədrinə təqdim edib.

DİGƏR XƏBƏRLƏR

Top