Portuqaliya ilə oyunda meydana daxil olan azarkeşlərlə bağlı DİN-dən AÇIQLAMA


Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan-Portuqaliya oyundadan sonra azarkeşlərin meydana daxil olaraq futbolçularla foto çəkdirməsinə münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazirliyin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev danışıb. O bildirib ki, Bakı Olimpiya Stadionunda keçirilən görüş başa çatdıqdan sonra futbolçularla foto çəkdirən 4 nəfər azarkeş meydandan kənarlaşdırılıb:
“Həmin şəxslər azyaşlı olduğuna görə, onlarla profilaktik söhbətlər aparılaraq, sərbəst buraxılıb. Gələcəkdə bu cür hallar baş verdiyi təqdirdə həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görüləcək”.
Qeyd edək ki, sentyabrın 7-də 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi Portuqaliya yığmasına 0:3 hesabı ilə məğlum olub.

DİGƏR XƏBƏRLƏR

Top