"Pfizer" üçüncü doza ilə bağlı hökumətlərə təzyiq edir? - Şirkətdən AÇIQLAMA


“BioNTech” və “Pfizer”şirkətləri birlikdə koronavirus epidemiyasına qarşı hazırlanan mRNA əsaslı peyvəndlə bağlı açıqlama verib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, türk elm adamları Uğur Şahin və Özlem Türecinin direktoru olduğu “BioNTech” şirkətilə koronavirusa qarşı peyvənd hazırlayan “Pfizer” şirkətinin baş meneceri Filip Dormitzer peyvəndlə bağlı açıqlama verib. Şirkətin baş meneceri Dormitzer, “Pfizer”in son zamanlarda peyvəndin üçüncü dozası ilə əlaqədar hökumətlərə təzyiq göstərdiyi iddialarının həqiqətə uyğun olmadığını qeyd edib.
"Bizim işimiz problemi həll etmək üçün lazım olan öhdəlikləri yerinə yetirməkdir. Peyvənd olunanlar arasında COVID-19-a yoluxma hadisələrinin artmasından sonra belə bir şey etsəydik, bu proses ləngiyə bilərdi. Bir problemi həll etmək üçün fəal olmaq və həll yolları tapmaq vacibdir", - deyə, o, bildirib.

DİGƏR XƏBƏRLƏR

Top