“Twitter” yeni funksiyasını açıqladı


2006-cı ildən etibarən  fəaliyyətə başlayan tvitter  yeni məxfilik funksiyasını açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, yeni elan edilən funksiya ilə istifadəçilər izləyici siyahılarına asanlıqla müdaxilə edə biləcəklər. Belə ki, “yumşaq bloklama” vasitəsilə, izləyicini bloklamadan kənarlaşdırmaq mümkün olacaq.
Qeyd edək ki, hələ sınaq mərhələsində olan xüsusiyyət əvvəlcə kompüterlərdə, sonra isə mobil cihazlarda tətbiq olunacaq. Platforma həm də mesajlaşma ilə bağlı yeniliklər üzərində işləyir.

DİGƏR XƏBƏRLƏR

Top