Rusiya Fövqəladə Hallar Nazirliyinin başçısı Yevqeni Ziniçevin ölümünün təfərrüatları məlum olub.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Ziniçev məşhur kinorejissor Aleksandr Melniki xilas edərkən ölüb. Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Belə ki, 55 yaşlı nazir təlim zamanı ayağı sürüşüb suya yıxılan rejissoru xilas etmək üçün suya tullanıb, lakin qaya parçasına dəyərək ölüb. Hadisə nəticəsində kinorejissor Aleksandr Melnikinin də dünyasını dəyişdiyi bildirilir.
Xatırladaq ki, bu gün Rusiya FHN-in başçısı Yevqeni Ziniçev Norilsk şəhərində keçirilən təlim zamanı dünyasını dəyişib.