Türkiyədə də aşkarlanan COVID-19-un “Mü” ştammının simptomları hansılardır?


"COVID-19-un "Mü" variantı "Delta" qədər təhlükəli görünmür".

Yeniavaz.com xəbər verir ki, bu sözləri Ankara Universitetinin Yoluxucu Xəstəliklər üzrə professoru İsmayıl Balıq "Hürriyet"ə verdiyi açıqlamada deyib. O, "Mü" ştammının simptomlarından bəhs edib:
""Mü" variyantının simptomlarına hərarət, öskürək, qoxu və dad bilmənin itməsi kimi simptomlar aiddir. Bu ştammda digər variantlardan fərqli olan heç bir simptom yoxdur. "Mü"dən qorunmaq digər variantlardan qorunmaqla eynidir. Öldürücü olub-olmadığı isə hələ məlum deyil. Ən əsası maska, məsafə və gigiyena qaydalarına riayət etməkdir. Əgər bu üç qaydaya əməl etsək, heç bir problemimizin olmayacağını düşünürəm".
Qeyd edək ki, COVID-19-un "Mü" variantı artıq 40 ölkədə aşkarlanıb.

DİGƏR XƏBƏRLƏR

Top