Meksika Milli Seysmoloji Xidməti Querrero əyalətində 7.1 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.
Yeniavaz.com “CNN türk”ə istinadən xəbər verir ki, Querrero əyalətinin qubernatoru Hektor Astudillo, zəlzələ vaxtı dirəyin aşması nəticəsində bir nəfərin vəfat etdiyini bildirib. Sosial mediada əks olunan videolarda, zəlzələ, yağış və fırtınaya baxmayaraq insanların küçələrə çıxdığı görülür.
Xatırladaq ki, ötən gün ölkəyə yağan güclü yağışların nəticəsində meydana gələn sel bölgədəki dövlət xəstəxanasını basmışdı və bu səbəbdən 17 xəstə həyatını itirmişdi.