DTX-nın həbs etdiyi icra başçısının həbsxanada ölməsi xəbəri yayılıb


Ağstafa rayonunun sabiq icra başçısı, hazırda həbsdə olan Nizaməddin Quliyev bu gün dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, Axar.az-a daxil olan məlumata görə, o, həbsxanada koronavirusdan vəfat edib.
Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs olunmuşdu.
Bu ilin avqustun 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə zamanı Nizaməddin Quliyev 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top