Paşinyan: "Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq"


Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında rəsmi qurumların Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Paşinyan bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşması barədə açıq şəkildə fikirlərini söyləyib: "Bu bəyanatlarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, avtomobil və dəmir yolu əlaqələrinin bərpasını müzakirə etmək üçün bir fürsət görürük. Buna görə, daha geniş kontekstdə söhbət etməyə hazırıq".
Paşinyan həmçinin qeyd edib ki, Rusiya, Fransa və ABŞ da bu prosesdə maraqlıdır. Çin və Hindistanın bölgədəki kommunikasiya layihələrinin inkişafına münasibəti də məlumdur: "Bölgədəki sülh və sabitlik Ermənistan hakimiyyətinin uzunmüddətli strategiyasıdır".

DİGƏR XƏBƏRLƏR

Top