Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.
Dövlət İmtahan Mərkəzindən Yeniavaz.com-a verilən məlumata görə, kolleclərə qəbul olmaq üçün bu il 33 088 abituriyent sənəd qəbulunda iştirak edib.
Müsabiqə şərtlərini ödəyən və ixtisas seçimi edənlərin sayı isə 21 099 (Azərbaycan bölməsi - 20 667, rus bölməsi - 432) nəfərdir.
Müqayisə üçün qeyd edək ki, ötən il sənəd qəbulunda iştirak edənlərin sayı 19 236, ixtisas seçimi edənlərin sayı isə 10 958 nəfər olub.
Müsabiqə nəticələrinin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.