Bakının Nizami rayonunun Tofiq Abbasov küçəsində "Orbita" Mənzil-Tiknti Kooperativi piyada səkisini zəbt edərək qanunsuz parklanma yeri təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev özünün feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, nəticədə piyadaların rahat hərəkəti üçün ciddi maneələr yaranıb, təhlükəsizlik səviyyəsi aşağı düşüb. Məsələ nəzarətə götürülüb və müvafiq hüquqi tədbirlər görülür.