Türkiyədə yaşlı qadın bələdiyyə sədrinin kreslosunda oturdu, qalxmadı - VİDEO


Türkiyənin Aydın şəhərinin işğaldan azad edilməsinin 99-cu ili münasibətilə keçirilən tədbirdə maraqlı anlar yaşanıb.
Yeniavaz.com
“Cumhuriyet”ə istinadla xəbər verir ki, ildönümünü  izləmək üçün gələn 92 yaşındakı Ayşə Tülü Aydın Böyükşəhər Bələdiyyə Başçısı Özlem Çerçioğlunun səhnəyə dəvət edildiyində boş qalan kreslosuna oturub. Mühafizə işçilərinin cəhdlərinə baxmayaraq qadın “mən burada oturacam” deyə təkid edib. Mühafizə işçilərinin bir müddət dil tökməsindən sonra Ayşə Tülü razılaşaraq bələdiyyə sədrinin kreslosunu tərk edib.
Həmin anlar kameralara yansıyıb.

DİGƏR XƏBƏRLƏR

Top