
Xəbər verdiyimiz ki, bu gün Ermənistan tərəfi Azərbaycan Ordusunun hərbi qulluqçusu Cəmil Babayev qarşılığında 2 ermənini təhvil götürüb.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, həmin ermənilər Artur Nalbandyan və Aramis Torozyandır. Onların iyul ayının əvvəlində Qara göl yaxınlığında sərhədi pozarkən əsir düşdükləri bildirilir.