Xalq artisti: “Həkim dedi ki, COVID-19 yox, amma bu dərmanlar sizi öldürəcək”


“Evdə hamımız COVID-19 virusuna yoluxduq. Mən xəstələnməmişdən əvvəl evdəkilər dedi ki, bir həkim var bütün COVID-19-a yoluxanları sağaldır, ona müraciət edək".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “instagram”da canlı yayım edərkən deyib. Müğənni açıqlamasında həmçinin bildirib ki, müraciət etdikləri həkimin yazdığı dərmanların insan səhhəti üçün təhlükəli olduğu məlum olub:
“Həkim gəldi və 3 vərəq dərman yazdı. Sonra da evdəkilərə dedi ki, sizi xəstəxanaya aparıb suni tənəffüs aparatına qoşmalıyıq. Mən həmin dəqiqə soruşdum ki, bu insan nəfəs ala bilirsə, boğulmursa, suni tənəffüs aparatı nə üçündür? Həkim dedi ki, 1-2 gün sonra boğula bilər. Dedim eybi yoxdur, qoy evdə boğulsun. Mən tamamilə xəstəxananın əleyhinəyəm. Həkimin yazdığı 3 vərəqlik dərman üçün məndən 500 manat istədilər. Mən sonra həmin resepti həkim qohumlarıma göndərdim ki, onlar da baxsın. Reseptə baxdıqdan sonra həkim dedi ki, COVID-19 yox, amma bu dərmanlar sizi öldürəcək. O dedi ki, bunlar çox ağır dərmanlardır, böyrəyə, ciyərə çox pis təsir edir. Qohumum mənə daha münasib qiymətə dərmanlar dedi. Biz onlarla özümüzü sağaltdıq”.

DİGƏR XƏBƏRLƏR

Top