Cəmil Babayev qaytarıldı


Az
ərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, Azərbaycana Cəmil Babayev, qarşı tərəfə isə iki erməni qaytarılıb..

Proses Qarabağdakı sülhməramlıların komandiri Rüstəm Muradovun vasitəçiliyi ilə baş tutub.
Xatırladaq ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Babayev Cəmil Natiq oğlunun Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini və haqqında cinayət işi başlanıldığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top