Qobustan Rayon Polis Şöbəsinə rəis müavini təyin edildi


Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qobustan Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Ağaşirin Nəsibbəyli vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə həmin vəzifəyə polis kapitanı Vüsal İsmayılov təyin olunub.

Qeyd edək ki, V.İsmayılov bu təyinatadək həmin Şöbənin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsində çalışırdı.

DİGƏR XƏBƏRLƏR

Top