"Məktəblər valideynlərdən COVID-19 pasportu tələb etmir".
Yeniavaz.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə çıxış edərkən deyib. O bildirib ki, valideynləri peyvənd olunmayan şagirdlərin dərsə buraxılmaması ilə bağlı qərar yoxdur: "Amma valideyn məktəb binasına daxil olursa, onun COVID-19 pasportu təqdim etməsi arzuolunandır".