MDB Oyunları: Azərbaycan samboçusu qızıl medal qazandı


Azərbaycan samboçusu Nicat Məmmədli Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

58 kq çəki dərəcəsində çıxış edən idmançı rusiyalı Nikolay Lukyançukla üz-üzə gəlib.

Rəqibi üzərində təmiz qələbə qazanan Məmmədli qızıl medal əldə edib.
 

***15:10

Azərbaycan samboçusu Adil Adilzadə Rusiyanın kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal qazanıb.

88 kq-da mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə qırğızıstanlı Timurlan Toktobolotova qalib gəlib.

71 kq-da Kamran Qasımov, 79 kq-da isə Ağani Məmmədov "bürünc" qarşılaşmasında uduzaraq medalsız qalıb. //Report

DİGƏR XƏBƏRLƏR

Top