
Qarabağdakı sülhməramlı qüvvələrin komandiri Rüstəm Muradovu əvəz edə biləcək şəxsin adı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə ehtimal olunan namizəd general-mayor Mixail Kosobokovdur. Bundan əvvəl Kosobokov Cənub Hərbi Dairəsinin komandir müavini vəzifəsində çalışıb. O həmçinin, Abxaziyadakı rus hərbi bazasına komandanlıq edib.