Ermənistanda ehtiyata buraxılan hər kəs təlimə çağırıldı, gəlməyənlərə cinayət işi açılacaq


Ermənistan hökumətinin 2 sentyabr 2021 -ci il tarixli qərarı ilə 3 aylıq hərbi təlimlər keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Bildirilib ki, ordudan ehtiyyata buraxılan bütün Ermənistan vətəndaşları dekabrın 5-dək keçiriləcək hərbi təlimlərə cəlb edilir. Əsas məqsəd döyüş qabiliyyətinin artırılmasıdır. Təlimlərdən sonra bir çox hərbçi xidmətlərə cəlb olunacaq. Təlimlərdən yayınan hər kəsə cinayət işi açılacağı vurğulanıb.
 

DİGƏR XƏBƏRLƏR

Top