Ermənistanın təhlükəsizlik xidməti ölkənin İstintaq Komitəsinin sabiq rəisi və keçmiş baş prokuror Aqvan Hovsepyanı saxlayıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Hovsepyan külli miqdarda rüşvət alma, habelə büdcə pullarını mənimsəmə və çirkli pulların yuyulması ittihamları ilə saxlanılıb.
Qeyd edək ki, Hovsepyan 2003-2014-cü illərdə Baş prokuror, 2014-2018-ci illərdə İstintaq Komitəsinin sədri vəzifələrində çalışıb. O, iqtisadi fəaliyyətlə məşğul olan bir sıra şirkətlərin idarə olunmasında iştirak edib.