"Taliban" Kabildə nümayişi dağıtmaq üçün atəş açıb


Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban" silahlıları Kabildə Pakistan əleyhinə nümayişləri dağıtmaq üçün atəş açıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb. Bildirilib ki, Əfqanıstanın paytaxtında, Pakistan səfirliyinin qarşısına təxminən 70 nəfər toplaşaraq Pakistan əleyhinə “Pakistan, Pakistan, Əfqanıstanı tərk et” şüarlar səsləndiriblər. "Taliban” isə əfqan nümayişçiləri dağıtmaq üçün havaya bir neçə dəfə atəş açıb.

DİGƏR XƏBƏRLƏR

Top