Vilayət Eyvazov polkovniki təqaüdə göndərdi - ƏMR


Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. 
Yeniavaz.com xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 
Əmrə əsasən, DİN-in Baş Kadrlar İdarəsinin rəis müavini, polis polkovniki Rüfət Həsənov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yeniavaz.com-a təsdiqləyiblər.
Bu barədə ilk məlumatı lent.az yayıb.

DİGƏR XƏBƏRLƏR

Top