Azərbaycanda akademik koronavirusdan vəfat etdi - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Ənvər Nəhmədovun ölüm səbəbi məlum olub.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, akademik bir müddət əvvəl koronavirusa yoluxubmuş.

O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Ə.Nəhmədov Bakıda dəfn olunub.

***09:48
AMEA-nın həqiqi üzvü və Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının professoru Ənvər Nəhmədov vəfat etdi.

Yeniavaz.com xəbər verir ki, alim 62 yaşında dünyasını dəyişdi.
Qeyd edək ki, Ənvər Nəhmədov 24 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini qırmızı diplomla bitirib. Elə həmin il sentyabrın 1-də təyinatla AMEA-nın Fizika İnstitutunda akademik Firudin Həşimzadənin rəhbərlik etdiyi laboratoriyada əmək fəaliyyətinə başlayıb.
Ə.Nəhmədov 90-a yaxın elmi məqalə, o cümlədən “Aşağı ölçülü sistemlərdə aşqar və korrelyasiya effektləri” kitabının müəllifi olub.

DİGƏR XƏBƏRLƏR

Top