Rüstəm Muradovun xidmət müddəti başa çatdı


Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.

Yeniavaz.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüşdə Muradovu kimin əvəz edəcəyi açıqlanmayıb, ancaq hələ may ayında Aleksey Avdeyevin rus sülhməramlılarının yeni komandanı ola biləcəyi barədə xəbərlər yayılmışdı.
Rusiyanın Ermənistandakı səfirliyinin hərbi attaşesi polkovnik İqor Şerbakovun da iştirak etdiyi görüşdə Qarabağdakı sülhməramlı missiyanın gedişi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə edilib.

DİGƏR XƏBƏRLƏR

Top