"Dostluq" mədəniyyət və təhsil mərkəzi yeni tədris ilini açdı - FOTO


Ukrayna Azərbaycanlıları Radasının Xarkov şəhərindən kollektiv üzvü olan "Dostluq" Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin qapıları 21 dəfə tələbələrin üzünə açılıb. Qürbətdə yaşayanlar üçün Azərbaycan dilini, tarixini, mədəniyyətini və adət-ənənələrini öyrənməsi üçün hər şəraitin təşkil olunduğu məktəbdə bu il 40 çox şagird təhsil alacaq. 
 
Yeniavaz.com xəbər verir ki, tədbir mərkəzin tələbələri tərəfindən Azərbaycan və Ukraynanın himnləri səslənidirilməsi ilə başlayıb. 

Sonra Azərbaycan və Ukrayna şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Bayram şənliyini giriş dözü ilə açan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov İdarə Heyəti adından şagirdləri və onların valideynlərini, eləcə də Mərkəzin müəllimlərini yeni dərs ilinin başlaması münasibətilə təbrik edib və Dostluq Mərkəzinin fəaliyyətindən danışıb. Xarkov Şəhər Şurasına, Xarkovun Şevçenkovski Rayon Təhsil Şöbəsinə, 131 saylı orta məktəbin direktoruna Mərkəzin bütün fəaliyyət dövrü ərzində göstərdikləri işlərə, verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Bayramın təşkilatçıları 2020-2021-ci tədris ili üçün Dostluq mərkəzinin həyatının ən parlaq epizodlarını əks etdirən slayd şousu nümayiş etdiriblər.
 
Ukrayna Azərbaycanlıları Radasının həmsədrləri Oleq Krapivinin və Hikmət Cavadovun təbriklərini açılış iştirakçılarına çatdıran baş katibi Ceyhun Məmmədov “DOSTLUQ” cəmiyyətinin bütün üzvlərinə təşəkkür edib. “Biz bu gün Xarkovda Azərbaycan naminə dildə, fikirdə və işdə birliyin şahidi olduq. Gücümüz birliyimizdədir” deyən Məmmədov Ukrayna üçün də birliyin vacibliyini vurğulayıb. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz…” sözünü balacalara xatırladan Məmmədov yeni dərs ilində onlara uğurlar arzulayıb. 
 
Tədbirdə çıxış edən Ukrayna Azərbaycanlıları Radasının aparat rəhbəri Elşad İbrahimov uşaqları ən dəyərli hədiyyə olan kitablarla sevindirib. Heydər Əiyev fondunun vitse-prezidenti Leyla Əliyevanın da dəstəyi ilə çap olunan, ukraynada yaşayan azərbaycanlılar üçün nəzərdə tutulan dərslik kitablarını balacalara təqdim edib.
 
Tədbirdə iştirak edən yeniyetmələr arasında boks üzrə Avropa çempionu Kərimova Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri Elmira  Axundovanın təşəkkür məktubu təqdim edilib.
 
Xarkov Şəhər Şurasının nümayəndəsi Nikita Sterin, Xarkov Şəhər Şurasının katibi İqor Terehov adından gələnləri bayram münasibətilə təbrik edib və onlara Xarkov Zooparkını ziyarət etmək üçün dəvətnamələr, habelə Xarkov haqqında kitablar təqdim edib.
 
Murad Ömərov da "İdman uğurlarına və qazanmaq iradəsinə görə" Dostluq cəmiyyətinin idarə heyəti adından çempiona təşəkkür və qiymətli hədiyyələr təqdim etdi. Oğlunu böyütdüyünə və çempionu layiqincə tərbiyə etdiyinə görə məşqçi Vasifə və valideynlərinə təşəkkür etdi və onlara hədiyyələr təqdim edib. "Dostluq" cəmiyyətinin idarə heyətinin üzvləri təhsildəki uğurlarına və ictimai həyatında fəal iştirakına görə Mərkəzin tələbələrinə diplomlar təqdim ediblər.

Tədbirdən sonra qonaqlara və uşaqlara çay və Azərbaycan şirniyyatı ikram edilib.

DİGƏR XƏBƏRLƏR

Top