Gürcüstanda 111 yaşlı qadın koronavirusdan sağaldı


Gürcüstanda 111 yaşlı xəstə Leonela Qvaçava koronavirusdan sağalaraq evə buraxılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb. Tibb müəssisəsinin mətbuat xidmətindən verilən məlumata görə, xəstə koronavirus testi müsbət çıxdıqdan dərhal sonra klinikaya yerləşdirilmişdi. Bir müddət müalicə olunduqdan sonra sağalan qadının vəziyyətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, 1910-cu il təvəllüdlü xəstənin 80 yaşlı oğlu da eyni COVİD-19-a görə xəstəxanadadır. Onun isə hələki müalicəsi davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top