Ukrayna ali məktəblərinə bu il qəbul olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, bu barədə Ukrayna Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 3-ə qədər 283 Azərbaycan vətəndaşı ölkənin ali məktəblərinə qəbul olunub.
Nazirlikdən onu da bildiriblər ki, bu rəqəm bu il üçün son hədd deyil və dekabra qədər əcnəbi vətəndaşların sənəd təqdim etmə imkanı var.