Rövşən Lənkəranskinin "sağ əli" "Rufo Gəncinski" azadlığa çıxır


Mərhum qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) "sağ əli" hesab olunan 40 yaşlı Ülfət Tağıyevin ("Rufo Gəncinski") 8 illik cəza müddəti başa çatır.

Yeniavaz.com Lent.az-a istinadən xəbər verir ki, qanuni oğrunun sabah Rusiyada azadlığa çıxacağı gözlənilir.

Məlumata görə, məhkəmə tərəfindən onun Rusiyaya girişinə ömürlük qadağa qoyulur.

Bundan başqa, "Rufo Gəncinski" Rusiyadan Azərbaycana da deportasiya edilə bilər. Lakin qanuni oğruya yaxın mənbələrin bildirdiyinə görə, o bir müddətlik Azərbaycanda deyil, Türkiyədə daha dəqiq desək İstanbulda məskunlaşmağı planlaşdırır.

Ülfət Tağıyevin azadlığa çıxmasından sonra kriminal dairələrdə canlanma olacağı qeyd edilir.

DİGƏR XƏBƏRLƏR

Top