Keçmiş fransız futbolçu Jan-Pyer Adams 74 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb. Adamsın bu gün səhər “Nimes” Universitetinin palatasında öldüyü bildirilib.
Qeyd edək ki, Adamsın futbol karyerası 15 il davam edib. 1972-1976-cı illərdə Fransa millisini təmsil edib, milli komandada 22 oyun keçirib. Fransa çempionatında Adams xüsusilə Paris “Saint-Germain” və “Nice”də oynayıb.
Fransız futbolçu 1982-ci ildə dizindən aldığı zədəyə görə girdiyi əməliyyatda anestezioloqun səhvinə görə, komaya düşmüşdü.