298 nəfərin ölümünə səbəb olan təyyarə qəzasının tək şahidi də öldü


2014-cü ildə Ukraynanın şərqində baş berən təyyarə qəzasının “G9O81” kod adlı şahidi dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb. Bildirilib ki, məhkəmə istintaq hakimindən bəzi sənədlər alıb. Həmin sənədlər dosyeyə daxil ediləcək. Bunlar şahidin müsahibəsi, ekspertlərin hesabatları, habelə Belçika Hərbi Akademiyasının hesabatlarını araşdıran hakim tərəfindən verilən qiymətləndirmələrdir. 
Xatırladaq ki, Amsterdamdan Kuala Lumpura uçan “Boeing 777” təyyarəsi 17 iyul 2014 -cü ildə Ukraynanın şərqində qəzaya uğramışdı. Hadisə nəticəsində təyyarədə olan 298 nəfərin hamısı dünyasını dəyişmişdi. Qəzada Rusiya vətəndaşları İqor Girkin Oleq Pulatov, Sergey Dubinski və Ukraynalı Leonid Xarçenkonun əli olduğunu düşünülür. 

DİGƏR XƏBƏRLƏR

Top